23 Nisan 2013 Salı

Əsgər Ölümlərinə son deyək!!!

Azərbaycan əsgəri! Azərbaycan milləti. Dünyanın hər bir yerində yaşayan Azərbaycanlılar! Müraciətim sizədir:

Siz ki, 1990`ci ildə 20 yanvarda SSRİ tanklarının qarşısına əli yalın çıxan insanların nəslindənsiniz. Siz ki, 2003`cü ildə quldur ölkə başçısı İlham Əliyevin yalan əməllərlə hakimiyyətə gəlməyinə qarşı çıxan xalqın övladlarısınız.  Nə tez unutdunuz 2003`cü ildə meydanda döyülən insanları. Çox yox üstündən 10 il keçib.Müraciətim sənədir ey yatmaqda olan Azərbaycan!!! Müraciətim sənədir ey əsgər anası, əsgər atası, əsgər qardaşı, əsgər bacısı! Müraciətim sənədir ey əsgər qohumu, əsgər dostu. Sənin bir yaxının əsgər deyilmi? Bu göz yaşları ilə yazdığım müraciətim sənədir ey xalqım. 

Etiraz edin. Heç olmasa dövlətə, quldur ölkə başçısı İlham Əliyevə yox, əsgər ölməsin deyə etiraz et! Heç olmasa ölən əsgərə görə etiraz et. Yalvarıram sənə. Əsgərimiz ölməsin daha!


Mənim bu yazılarımın səbəbi sizlərsiniz. Paylaşdığım məlumatlar, gizli sənədlər, ölkə başçısının quldur əməllərini açığa çıxartmaq və sizə göstərmək üçün edirəm. Deyirlər xaricdə qalır mənim haqqımda. Mən Bakıda yaşayıram. Ancaq tapa bilməyəcəklər məni. Mənim yazılarımı hack etmək gücü ancaq Anonymous`un özündə və Türkiyənin RedHack Hacker qrupunda var. Mən xaricdə yaşamıram. Azərbaycandayam.Hər etirazda mən varam. Hər mitinqdə mən varam. Hamısı sizə görədir. Hamısı sizin və gələcəkdəki övladlarınıza görədir. Sizə görə etiraz edirəm. Deyirəm: Əsgərimiz ölməsin, Rüşvət olmasın təhsildə, Neftin pulları kiminsə cibinə yox xalqın cibinə getsin. 


Əsgərliyə getmək hər kişinin borcudursa hər qeyrətli kişi də öldürülən əsgərə görə etiraz etməlidir.  Mən hər gün paylaşacam dedim və hər gün paylaşıram dediklərimi. Hər gün sizlərə görə paylaşıram. Paylaşıram ki, bəlkə yuxudan qalxıb haqqınızı tələb edərsiniz.Ən azından bir qram vicdanınız, qeyrətiniz, şərəfiniz  varsa etiraz edin əsgər ölümlərinə. Azərbaycan Konstitusiyasının 1`ci maddəsinə əsasən hakimiyyətin mənbəyi xalqdır. Etiraz edin xalqın narazı olduğunu bilsinlər. Bilsinlər ki, xalq anasının bacısının şərəfini, qeyrətini qoruyan əsgərin öldürülməsinə görə etiraz edir. Ey mənim həmişə əzilməyi, boyunduruğ altında yaşamağı sinəyə çəkən xalqım! Heç olmasa səni qoruyan əsgərin öldürülməsinə qarşı etiraz et.


2013-cü ildә hәlak olan hәrbçi sayı 28 nәfәrә çatdı. Bunun sadәcә 5 nәfәri ermәni güllәsindәn şәhid olub. 22-i isə qeyri-döyüş itkiləridir. Bunu da heç olmasa sinəyə çəkmə. Demə ki, əsgər ölüb ölüb də qalanlar sağ olsun. Demə ki, mitinqə çıxıb nə əldə edəcəm? Döyüləcəm tutulacam başım ağrıyacam demə. Bu gün öldürülən əsgər filankəsdi sabah sənin yaxının, dostun, qardaşın,  ola bilər axı. 

Bu videoda bir əsgər anasının fəryadı var. Sən İlham Əliyev! Əsgərlikdə olmayan Ali Baş Komandan! Bir gün öldürülən hər əsgərə görə hesab verəcəksən!!!




4 ay əvvəl Gəncədən əsgərliyə çağırılmış Emin Quliyevin meyiti aprelin 20-si axşam saatlarında evlərinə gətirilib. Meyiti gətirən hərbçilər ölümün səbəbi barədə bir söz deməyiblər.


Bax ƏSGƏR ÖLÜMLƏRİNƏ SON aksiyasında kimlərsə meydana çıxıb,döyülsə də,tutulsa da etiraz edəndə bu əsgərin bəlkə də bircə qohumu da o aksiyada yox idi,hətta içlərində aksiyaya çıxanlara lağ edənlər,İLHAMın analoqu olmayan siyasətindən dəm vuran qohumları da vardı bəlkə də,amma sizcə indi nə düşünür onu tanıyan hərkəs?Nifrət edirmi bu rejimə?Siz nə gözləyirsiz?Övladınızın,qardaşınızın,dayı-əmi oğlunuzun meyidinin gəlməyini?Bunu gözləyirsiz?!


23.04.2013
İmza: Vətəndaş Filankəsov.

Hiç yorum yok:

Yorum Gönder