Bu yazını başlamazdan qabaq sizə bir şeyi bildirməliyəm. Yazılarımın I hissəsində sonuncu şəkildə neftin bir bareli haqqında yazmışdım. Orada yazmışdım ki, bir barel nefti 1.35 dollara satıblar. Amma bunu yeni anladığıma görə üzr istəyirəm sizdən. Əslində Sumato Energy LTD şirkəti Azərbaycan neftinin satılmasında maklerlik etdiyinə görə həmin sənəddə neftin bir barelinə 1.35 dollar alıb.
İndi isə bu yazılarda və bu sənədlərdə sizə Anonymous Dünya Hacker Qruplaşmasının Azərbaycanın dövlət saytlarına hücumundan ələ keçirdiyi başqa sənədləri göstəcəm.Bu sənədlərdə İNG bank`ın vasitəsi ilə Sumato Energy LTD şirkətinin hesabı barədə həmin bankın hesabatlarını göstərəcəm. Qəribəsi isə budur ki, bu boyda şirkətin hesabatları niyə Azərbaycan rəsmi saytlarında var? Əgər şirkət off shore olmasa idi onda demək olardı ki, bu sənədin orada tapılma ehtimalı azdır. Ama bu bank hesabatlarına əsasən 100% deyə bilərəm ki, Sumato Energy LTD şirkəti off şordur.
İl 03.11.2011 Sumato Energy LTD şirkəti İNG bankda açdığı hesab ilə 300.054 dollarlıq əməliyyat yerinə yetirir və hesabda qalan pulun miqdarı 9.milyon 943 min 718.64 dollar.
Burda isə həmin sənədin ikinci hissəsi. Buyurun özünüz oxuyun.
Bu sənəddə isə Sumato Energy Limited şirkətinin İNG bank hesabından 24. milyon amerikan dollarının göndərilməsi barəsində hesabat var. Hesabda qalan məbləğ 3 milyon 747 min 207.44 dollar.
Tarix 05.05.2011.
Bu sənəddə Sumato Energy LTD şirkətinin İNG bank`dakı hesabına 24. milyon 394.35 dolların gəlməsi barədə hesabat.
Bu yazdıqlarım içində ən böyük əhəmiyyətə malik sənəd çox güman ki, budur. İNG Bankın Sumato Energy LTD şirkətinin hesabının umumi etdiyi əməliyyatların ümumi hesabatları. Tarix ilə sadalayacağam. Şəkildəki sənəddən başa düşməyənlər üçün.
Tarix 03.05.2011 bank hesabından göndərilən 24. milyon amerikan dolları.
04.05.2011 bank hesabından göndərilən 17.min 915 dollar.
06.05.2011 bank hesabına gələn 24.milyon 394 dollar 34 sent.
12.05.2011 bank hesabından göndərilən 27. milyon 700 min dollar.
13.05.2011 bank hesabına gələn 27 milyon 700 min 100 dollar 3 sent.
13.05.2011 bank hesabından göndərilən 25 min 722 dollar 50 sent
13.05.2011 bank hesabından göndərilən 25. milyon amerikan dolları.
13.05.2011 bank hesabından göndərilən 1 milyon 500 min 47 dollar.
13.05.2011 bank hesabından göndərilən 1 milyon 699 min 972 dollar.
16.05.2011 bank hesabından göndərilən 185 dollar.
17.05.2011 bank hesabından göndərilən 185 dollar.
18.05.2011 bank hesabından göndərilən 65 dollar
18.05.2011 bank hesabına gələn 52 min 669 dollar 10 sent
26.05.2011 bank hesabına gələn 23 milyon 1 min 183 dollar 54 sent
30.05.2011 bank hesabından göndərilən 239 dollar 6 sent
31.05.2011 bank hesabından göndərilən 2.milyon 650 min 72 dollar
Bu günlük yazımı burada bitirirəm. Blogu izləməyə davam edin. Hələ çox şeylər var. Əslində bu yazıların gerçək olduğunu hamımız bilirik. Amma bu bildiklərimizi mən faktlarla və sənədlərlə sizə göstərəcəm. Bu blog yazısını hər gün davam etdirəcəm. Əgər davam etdirə bilməsəm bilin ki, bu hakimiyyət onun iç üzünü sənədlərlə göstərdiyimə görə məni də tutub :)
PS:Hamınıza təşəkkür edirəm blogumuzu paylaşın daha çox adamlar oxuya bilsin.





без комментариев....
YanıtlaSilok qaqaş
YanıtlaSil