Azərbaycan əsgəri! Azərbaycan milləti. Dünyanın hər bir yerində yaşayan Azərbaycanlılar! Müraciətim sizədir: Siz ki, 1990`ci ildə 20 yanvarda SSRİ tanklarının qarşısına əli yalın çıxan insanların nəslindənsiniz. Siz ki, 2003`cü ildə quldur ölkə başçısı İlham Əliyevin yalan əməllərlə hakimiyyətə gəlməyinə qarşı çıxan xalqın övladlarısınız. Nə tez unutdunuz 2003`cü ildə meydanda döyülən insanları. Çox yox üstündən 10 il keçib.Müraciətim sənədir ey yatmaqda olan Azərbaycan!!! Müraciətim sənədir ey əsgər anası, əsgər atası, əsgər qardaşı, əsgər bacısı! Müraciətim sənədir ey əsgər qohumu, əsgər dostu. Sənin bir yaxının əsgər deyilmi? Bu göz yaşları ilə yazdığım müraciətim sənədir ey xalqım. Etiraz edin. Heç olmasa dövlətə, quldur ölkə başçısı İlham Əliyevə yox, əsgər ölməsin deyə etiraz et! Heç olmasa ölən əsgərə görə etiraz et. Yalvarıram sənə. Əsgərimiz ölməsin daha! Mənim bu yazılarımın səbəbi sizlərsiniz. Paylaşdığım məlumatlar, gizli sənədlər, ölkə başçısının quldur əməllərini açığa çıxartmaq və sizə göstərmək üçün edirəm. Deyirlər xaricdə qalır mənim haqqımda. Mən Bakıda yaşayıram. Ancaq tapa bilməyəcəklər məni. Mənim yazılarımı hack etmək gücü ancaq Anonymous`un özündə və Türkiyənin RedHack Hacker qrupunda var. Mən xaricdə yaşamıram. Azərbaycandayam.Hər etirazda mən varam. Hər mitinqdə mən varam. Hamısı sizə görədir. Hamısı sizin və gələcəkdəki övladlarınıza görədir. Sizə görə etiraz edirəm. Deyirəm: Əsgərimiz ölməsin, Rüşvət olmasın təhsildə, Neftin pulları kiminsə cibinə yox xalqın cibinə getsin. Əsgərliyə getmək hər kişinin borcudursa hər qeyrətli kişi də öldürülən əsgərə görə etiraz etməlidir. Mən hər gün paylaşacam dedim və hər gün paylaşıram dediklərimi. Hər gün sizlərə görə paylaşıram. Paylaşıram ki, bəlkə yuxudan qalxıb haqqınızı tələb edərsiniz.Ən azından bir qram vicdanınız, qeyrətiniz, şərəfiniz varsa etiraz edin əsgər ölümlərinə. Azərbaycan Konstitusiyasının 1`ci maddəsinə əsasən hakimiyyətin mənbəyi xalqdır. Etiraz edin xalqın narazı olduğunu bilsinlər. Bilsinlər ki, xalq anasının bacısının şərəfini, qeyrətini qoruyan əsgərin öldürülməsinə görə etiraz edir. Ey mənim həmişə əzilməyi, boyunduruğ altında yaşamağı sinəyə çəkən xalqım! Heç olmasa səni qoruyan əsgərin öldürülməsinə qarşı etiraz et. 2013-cü ildә hәlak olan hәrbçi sayı 28 nәfәrә çatdı. Bunun sadәcә 5 nәfәri ermәni güllәsindәn şәhid olub. 22-i isə qeyri-döyüş itkiləridir. Bunu da heç olmasa sinəyə çəkmə. Demə ki, əsgər ölüb ölüb də qalanlar sağ olsun. Demə ki, mitinqə çıxıb nə əldə edəcəm? Döyüləcəm tutulacam başım ağrıyacam demə. Bu gün öldürülən əsgər filankəsdi sabah sənin yaxının, dostun, qardaşın, ola bilər axı. Bu videoda bir əsgər anasının fəryadı var. Sən İlham Əliyev! Əsgərlikdə olmayan Ali Baş Komandan! Bir gün öldürülən hər əsgərə görə hesab verəcəksən!!!
4 ay əvvəl Gəncədən əsgərliyə çağırılmış Emin Quliyevin meyiti aprelin 20-si axşam saatlarında evlərinə gətirilib. Meyiti gətirən hərbçilər ölümün səbəbi barədə bir söz deməyiblər. Bax ƏSGƏR ÖLÜMLƏRİNƏ SON aksiyasında kimlərsə meydana çıxıb,döyülsə də,tutulsa da etiraz edəndə bu əsgərin bəlkə də bircə qohumu da o aksiyada yox idi,hətta içlərində aksiyaya çıxanlara lağ edənlər,İLHAMın analoqu olmayan siyasətindən dəm vuran qohumları da vardı bəlkə də,amma sizcə indi nə düşünür onu tanıyan hərkəs?Nifrət edirmi bu rejimə?Siz nə gözləyirsiz?Övladınızın,qardaşınızın,dayı-əmi oğlunuzun meyidinin gəlməyini?Bunu gözləyirsiz?! 23.04.2013 İmza: Vətəndaş Filankəsov.
Tarix 21 aprel 2013 cü il. Bu yazını başlamazdan qabaq sizə bir şeyi bildirməliyəm. Yazılarımın I hissəsində sonuncu şəkildə neftin bir bareli haqqında yazmışdım. Orada yazmışdım ki, bir barel nefti 1.35 dollara satıblar. Amma bunu yeni anladığıma görə üzr istəyirəm sizdən. Əslində Sumato Energy LTD şirkəti Azərbaycan neftinin satılmasında maklerlik etdiyinə görə həmin sənəddə neftin bir barelinə 1.35 dollar alıb. İndi isə bu yazılarda və bu sənədlərdə sizə Anonymous Dünya Hacker Qruplaşmasının Azərbaycanın dövlət saytlarına hücumundan ələ keçirdiyi başqa sənədləri göstəcəm.Bu sənədlərdə İNG bank`ın vasitəsi ilə Sumato Energy LTD şirkətinin hesabı barədə həmin bankın hesabatlarını göstərəcəm. Qəribəsi isə budur ki, bu boyda şirkətin hesabatları niyə Azərbaycan rəsmi saytlarında var? Əgər şirkət off shore olmasa idi onda demək olardı ki, bu sənədin orada tapılma ehtimalı azdır. Ama bu bank hesabatlarına əsasən 100% deyə bilərəm ki, Sumato Energy LTD şirkəti off şordur.
İl 03.11.2011 Sumato Energy LTD şirkəti İNG bankda açdığı hesab ilə 300.054 dollarlıq əməliyyat yerinə yetirir və hesabda qalan pulun miqdarı 9.milyon 943 min 718.64 dollar.
Burda isə həmin sənədin ikinci hissəsi. Buyurun özünüz oxuyun.
Tarix 03.05.2011. Bu sənəddə isə Sumato Energy Limited şirkətinin İNG bank hesabından 24. milyon amerikan dollarının göndərilməsi barəsində hesabat var. Hesabda qalan məbləğ 3 milyon 747 min 207.44 dollar.
Tarix 05.05.2011. Bu sənəddə Sumato Energy LTD şirkətinin İNG bank`dakı hesabına 24. milyon 394.35 dolların gəlməsi barədə hesabat.
Bu yazdıqlarım içində ən böyük əhəmiyyətə malik sənəd çox güman ki, budur. İNG Bankın Sumato Energy LTD şirkətinin hesabının umumi etdiyi əməliyyatların ümumi hesabatları. Tarix ilə sadalayacağam. Şəkildəki sənəddən başa düşməyənlər üçün. Tarix 03.05.2011 bank hesabından göndərilən 24. milyon amerikan dolları. 04.05.2011 bank hesabından göndərilən 17.min 915 dollar. 06.05.2011 bank hesabına gələn 24.milyon 394 dollar 34 sent. 12.05.2011 bank hesabından göndərilən 27. milyon 700 min dollar. 13.05.2011 bank hesabına gələn 27 milyon 700 min 100 dollar 3 sent. 13.05.2011 bank hesabından göndərilən 25 min 722 dollar 50 sent 13.05.2011 bank hesabından göndərilən 25. milyon amerikan dolları. 13.05.2011 bank hesabından göndərilən 1 milyon 500 min 47 dollar. 13.05.2011 bank hesabından göndərilən 1 milyon 699 min 972 dollar. 16.05.2011 bank hesabından göndərilən 185 dollar. 17.05.2011 bank hesabından göndərilən 185 dollar. 18.05.2011 bank hesabından göndərilən 65 dollar 18.05.2011 bank hesabına gələn 52 min 669 dollar 10 sent 26.05.2011 bank hesabına gələn 23 milyon 1 min 183 dollar 54 sent 30.05.2011 bank hesabından göndərilən 239 dollar 6 sent 31.05.2011 bank hesabından göndərilən 2.milyon 650 min 72 dollar Bu günlük yazımı burada bitirirəm. Blogu izləməyə davam edin. Hələ çox şeylər var. Əslində bu yazıların gerçək olduğunu hamımız bilirik. Amma bu bildiklərimizi mən faktlarla və sənədlərlə sizə göstərəcəm. Bu blog yazısını hər gün davam etdirəcəm. Əgər davam etdirə bilməsəm bilin ki, bu hakimiyyət onun iç üzünü sənədlərlə göstərdiyimə görə məni də tutub :) PS:Hamınıza təşəkkür edirəm blogumuzu paylaşın daha çox adamlar oxuya bilsin.